Bakı. Trend:
Marneulidə ilin yekununa həsr olunan genişmiqyaslı peşəkar idmanyarışı uğurla başa çatıb. Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin və Marneulidəki Azərbaycan Evinin dəstəyi,“Qafqaz Arena”nın təşkilatçılığı ilə keçirilən turnirdə 5 ölkədən30-a yaxın peşəkar idmançı iştirak edib.
Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən“Qafqaz Arena”nın rəhbəri Yavər Məmmədov, məşqçi İbrahim Məmmədov,Avropa və dünya çempionu Alim Nəbiyev və digərləri yarışın əsasməqsədinin gənclərin idmana marağının artırılması, sağlam həyattərzinin təbliği və idmançılar arasında rəqabət mühitiningücləndirilməsi olduğunu diqqətə çatdırıblar.
Yarışlar idmanın 4 növü – Kinqboksinq, MMA, Boks və Maytay(Tayland boksu) üzrə təşkil edilib. Azərbaycan, Türkiyə, İran vəGürcüstanın müxtəlif bölgələrindən qatılan idmançılar yaradılanyüksək şərait və peşəkar təşkilatçılığa görə təşəkkürlərinibildiriblər. Onlar bu cür yarışların regionda idmanın inkişafınamühüm töhfə verdiyini vurğulayıblar.
Azərbaycan Evinin rəhbəri Məhəbbət İmanov çıxışında yarışlarınkomitənin tərəfindən dəstəkləndiyini qeyd edib. Azərbaycan Evinində yüksək səviyyəli idman turnirlərinin keçirilməsinə hər zamantəşkilati dəstək göstərdiyini söyləyib. O həmçinin qeyd edib ki,Azərbaycan Evinin arenası beynəlxalq standartlara cavab verdiyiüçün burada həm müxtəlif idman növləri üzrə Gürcüstançempionatları, həm də beynəlxalq turnirlər keçirilir.
Yarışın sonunda qalib idmançılar kuboklarla təltifolunublar.