RU

Bakıda pul, qızıl və avtomobil ehtiyat hissələri oğurlayan şəxs saxlanıldı

Xəzər rayonunda oğurluq hadisələri qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, rayon ərazisində yerləşən evlərin birində ev sahibinin olmamasından istifadə edən naməlum şəxs pəncərədən içəriyə daxil olaraq 1200 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları oğurlayıb. Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı R.Bayramov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin digər bir vətəndaşa məxsus avtomobildən 1500 manat dəyərində ehtiyat hissələri taladığı da məlum olub. Araşdırma aparılır.

Избранный
13
5
avtosfer.az

6Источники