RU

1 saylı sosial xidmət müəssisəsində tədbir təşkil olunub (FOTO)

Bakı. Trend:

24 noyabr 2025-ci il tarixində Çin Xalq RespublikasınınAzərbaycan Respublikasındakı Səfirliyinin, Xəzər Rayon İcraHakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı iləXəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadəkəlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsindəxeyriyyə tədbiri keçirilib.

Trend xəbər verir ki,tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakısəfiri Lu Mey, Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisiSoltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin icra başçısı ElşənSalahov, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyininİdarə Heyətinin sədr müavini Faiq Ağayev iştirak ediblər.

Müəssisə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosialreabilitasiya, sosial adaptasiya və asudə vaxtın təşkili kimixidmətlər göstərir, onların cəmiyyətə inteqrasiyasına dəstəkməqsədi daşıyır.

Tədbir çərçivəsində əqli və fiziki sağlamlığı məhdud uşaqlarlagörüş keçirilmiş, Çin Xalq Respublikasının AzərbaycanRespublikasındakı Səfirliyi tərəfindən müəssisəyə hədiyyə olunanplanşetlər uşaqlara təqdim olunmuş və mədəni proqram təşkilolunub.

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri LuMey çıxışında Azərbaycan dövlətinin və xüsusilə Heydər ƏliyevFondunun xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət vəqayğını yüksək qiymətləndirdiyini vurğulayaraq bu istiqamətdəəməkdaşlığa görə Azərbaycan Dövlətinə və Heydər Əliyev Fonduna özminnətdarlığını bildirişdir.

Bu təşəbbüs xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstəriləndəstəyin gücləndirilməsi, onların inkişafına və sosial iştirakınamüsbət töhfə vermək məqsədi daşıyıb.

1
1
1
1
1
1
1
1
1
1
1
1
Избранный
50
az.trend.az

1Источники