RU

Zaqatala sakini müalicəyə getdiyi sanatoriyada öldü

Naftalanda sanatoriyada istirahət edən 66 yaşlı kişi ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Naftalan şəhərində yerləşən Sağlamlıq Sanatoriyasında baş verib.Sanatoriyada  istirahət edən Zaqatala rayon sakini 1959-cu il təvəllüdlü İ.Murtuzovun halı qəfil pisləşib. Dərhal əraziyə təcili  tibbi yardım briqadası çağırılıb, 66 yaşlı kişini müayinə edən zaman vəfat etdiyi məlum olub. İlkin məlumata görə, dünyasını dəyişən İ.Murtuzov ürəktutmasından ölüb. O, Naftalana istirahətə gəlibmiş. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
37
unikal.az

1Источники