Bakı. Trend:
Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişafstrategiyası (2024-2026) (“e-Culture” Strategiyası) çərçivəsindəmədəniyyət sahəsinin müxtəlif klasterlərdə rəqəmsallaşdırılmasıüzrə işlər uğurla davam etdirilməkdədir.
Trend xəbər verir ki, Buxüsusda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mədəniirsin qorunması sahəsində bir sıra xidmətləri elektron formatakeçirilib və müraciətlər artıq Mədəniyyət Nazirliyinin "MyCulture"(https://my.culture.az) vahid şəxsi kabineti üzərindənqəbul olunur. Proseslərin sadələşdirilməsi, operativliyinartırılması və rəqəmsal həllər tətbiq etməklə istifadəçilərinməmnunluq səviyyəsinin yüksəldilməsi baxımından xidmətlərinelektronlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Qoruqlarda və abidələrin mühafizə zonalarında tikinti və abadlıqişlərinin aparılmasına razılığın verilməsi, inşaat və digərtəsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələriaşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digərtəsərrüfat işlərinin aparılmasına icazənin verilməsi, daşınmaztarix və mədəniyyət abidələrinin alqı-satqısına razılığınverilməsi, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyətabidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və yaqeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılığınverilməsi, xüsusi mülkiyyətdə olan daşınmaz tarix və mədəniyyətabidələrinin və onlara aid yaşayış və qeyri-yaşayış sahələrininicarəyə verilməsinə razılığın verilməsi, daşınmaz tarix vəmədəniyyət abidələri və ya onların ayrı-ayrı hissələrinin üzərindəbərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digərişlərin görülməsi üçün müvafiq layihələrə razılığın verilməsi üzrəmüraciətlər “MyCulture" (https://my.culture.az) şəxsi kabineti üzərindənelektron təqdim olunur.
İstifadəçilər şəxsi kabinetinə daxil olaraq şəxsi hesab yarada,bir pəncərə prinsipi əsasında mədəniyyət sahəsində xidmətlərdənistifadə edə, müraciət və təkliflər göndərə, elanlarla tanış ola,müraciətlərin statusunu izləyə bilər.
Elektronlaşdırılan xidmətlərdən biri də “Daşınmaz tarix vəmədəniyyət abidələrinin alqı-satqısına razılığın verilməsi”xidmətidir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, xüsusimülkiyyətdə olan abidələr satılarkən mülkiyyətçi bu barədəMədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı vəBərpası üzrə Dövlət Xidmətinə məlumat verməlidir.
Qeyd olunan xidmətin timsalında dövlət mühafizəsinə götürülmüşdaşınmaz tarix və mədəniyyət abidələrinin mülki dövriyyəsi(alqı-satqı, bağışlama) ilə əlaqədar proseslərin rəqəmsal mühitədaşınması ilə operativliyin təmin edilməsi, prosesin elektronformada izlənməsi, vaxt itkisinin qarşısının alınması vəistifadəçilərin məmnunluq səviyyəsinin yüksəldilməsi təminediləcəkdir.