RU

Azərbaycan və Gürcüstan hərbi institutları arasında təhsil imkanları təqdim edilib

Bakı.Trend:

Noyabrın 24-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyindəfəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda Gürcüstan MüdafiəNazirliyinin "Müdafiə İnstitutlarının Qurulması Məktəbi"nin (DIBS)rəhbər heyəti ilə görüş keçirilib.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşün məqsədi Azərbaycan və Gürcüstanrespublikaları Müdafiə nazirlikləri arasındakı "Müdafiə vəTəhlükəsizlik üzrə Strateji Proqram" çərçivəsində təhsil üzrəekspertlərlə görüşmək, həmçinin Azərbaycanın təhlükəsizlik, müdafiəsiyasəti ilə tanış olmaq olub.

Nümayəndə heyətinə təqdim olunan brifinqdə İnstitutun yaranmatarixi, missiyası, tədris strukturu, tədris proqramları və təhsilistiqamətləri barədə ətraflı məlumat verilib, eləcə də qarşılıqlımaraq doğuran məsələlər müzakirə edilib.

Daha sonra nümayəndələrin tədris imkanlarını yaxından tanımasıüçün təhsil gəzintisi təşkil olunub və Azərbaycan Ordusunda hərbitəhsil sahəsində aparılan islahatlar və tətbiq olunan yeniliklərbarədə məlumat çatdırılıb.
Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim edilib.

Məqalədə:
Избранный
67
13
az.trend.az

10Источники