RU

AMB-nin dayanıqlılıq gündəliyi üzrə strateji fəaliyyət istiqamətləri açıqlanıb

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) dayanıqlılıq gündəliyi daxilindəbir neçə strateji fəaliyyət istiqaməti müəyyən edib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri TalehKazımovun “Central Banking” onlayn jurnalında “COP29-dan sonrakıdövrdə dayanıqlılığın təşviqi” mövzusunda dərc olunmuş məqaləsindəbildirilib.

Qeyd edilib ki, həmin strateji fəaliyyət istiqamətləriaşağıdakılardan ibarətdir:

Azərbaycan maliyyə sektorunda institusional potensialıngücləndirilməsi və möhkəmləndirilməsi üçün beynəlxalq tərəfdaşlarlaəməkdaşlığın genişləndirilməsini təşviq etmək;

Ətraf mühitə yararlı layihələri maliyyələşdirmək, dayanıqlıdövlət və özəl investisiyaları dəstəkləmək üçün suveren yaşılistiqrazlar və yaşıl sığorta kimi yaşıl maliyyə məhsullarınıyeniliklər gətirmək və inkişaf etdirmək;

Şəffaflığı artırmaq, ekoloji, sosial və idarəetmə (ESİ)hesabatlılığını təmin etmək və investor inamını gücləndirməkməqsədilə hərtərəfli dayanıqlılıq hesabatlılığı çərçivəsini tətbiqetmək;

ESİ mülahizə və iqlim riskləri amillərini bank tənzimləməsiçərçivəsinə inteqrasiya etmək, sistematik risklərinidentifikasiyasını və idarə olunmasını asanlaşdırmaq üçün “ESİ riskradarı” kimi qabaqcıl alətləri tətbiq etmək;

İqlim risklərinin effektiv təhlilini təşviq etmək məqsədiləqurumlar və ölkələr arasında əməkdaşlığı genişləndirmək. İqlimdəyişikliyinin yaratdığı çağırışlar qlobal xarakter daşıyır vəçoxşaxəli yanaşma tələb edir. Məlumat mübadiləsi və birgə fəaliyyətsadəcə faydalı deyil, həm də zərurətdir.

“AMB dayanıqlı maliyyə sisteminin inkişafında aparıcı roloynamaqda tam qərarlıdır. AMB təşəbbüsləri, güclü tərəfdaşlıqlarıvə dayanıqlılığa bağlılığı ilə təkcə yaşıl transformasiyaya töhfəverməyi deyil, həm də qlobal iqlim fəaliyyəti səylərinidəstəkləməyi və inkişaf etdirməyi hədəfləyir. AMB yaşıl maliyyəsahəsində innovasiyaları təşviq etməj, iqlim dəyişikliyininyaratdığı sistem risklərini mitiqasiya etmək və iqtisadi rifahlaekoloji dayanıqlığın birgə mövcud olduğu gələcək yaratmaqdaqərarlıdır”, - məqalədə vurğulanıb.

Məqalədə:
Избранный
42
az.trend.az

1Источники