RU

Bakıya gələn Koçinyan görün nələri ETİRAF ETDİ

Bakıda 21–22 noyabr tarixlərində keçirilən görüşdə iştirak edən Ermənistan vətəndaş cəmiyyəti təmsilçisi Areq Koçinyan, iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı yönəlmiş siyasi çıxışları kəskin tənqid edib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, bəzi siyasi fiqurlar mövcud inciklik, etimadsızlıq və qorxu kimi həssas məqamları öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır ki, bu da “çirkin və qəbuledilməz” haldır.

Kocinyan vurğulayıb ki, hazırda Ermənistan siyasi meydanında kim Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasına qarşı çıxırsa, “ya xarici agentdir, ya da sadəcə mövzunun mahiyyətini anlamır”.

O, dialoqun əhəmiyyətini qeyd edərək bildirib ki, Bakıya səfər regionda gərginliyin azalmasına və dayanıqlı sülh istiqamətində addımların atılmasına xidmət edir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
98
1
konkret.az

2Источники