Bakıda çoxmərtəbəli binada baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.aia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.***16:49Bakının Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binanın mənzilində yanğın başlayıb.Bu barədə aia.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.aia.az