Bakı, 24 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin yarımfinal və final mərhələlərinin tarixləri yaxınlaşır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yarımfinal noyabrın 28–30-da, final isə dekabrın 1-də keçiriləcək.
Bu il müsabiqəyə ölkə üzrə 300 mindən artıq şagird qatılıb. İlkin seçimlərdən sonra 74 komanda (300 şagird) yarımfinal mərhələsində mübarizə aparmaq hüququ qazanıb. Hazırda komandalar hazırlıq prosesini davam etdirir.
Qeyd edək ki, proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, IT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.