Bakı.Trend:
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsininəməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti əməliyyatzamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkumolunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı OrxanAbdullayev saxlanılıblar.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, onlardan ümumilikdə 28 kiloqram 200 qramtərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanıb.Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq niyyətiilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Narkotiklərin dövriyyəsindəT.Əhmədzadə və O.Abdullayevlə əlbir olan digər şəxslərin də müəyyənolunması istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrinqanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.