RU

İranın Yaxın Şərqdəki proksi qüvvələrinə çağırış edildi

BAKI, 24 noyabr. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiri Möhsün Rezai Tehranın Yaxın Şərqdəki proksi qüvvələrinə çağırış edib.

Teleqraf xəbər verir ki, o, bu qüvvələrin düşmənlərə qarşı səbir göstərməməli olduqlarını bildirib.

“Müqavimət cəbhəsinin (İranın proksi qüvvələrinin – red.) strateji səbir taktikası yenidən nəzərdən keçirilməlidir. Əlbəttə, biz bu cəbhənin qərarvermə prosesinə müdaxilə etmək istəmirik və bunu müqavimət qüvvələrinin özü daha yaxşı qiymətləndirə bilərlər”, - o deyib.

Möhsün Rezai İsrailin İranın Yaxın Şərqdəki proksi qüvvələrinə qarşı keçirdiyi əməliyyatlar zamanı bu qrupların komandirlərinin hədəfə alındığını vurğulayıb.

Xatırladaq ki, İsrail ordusunun noyabrın 23-də həyata keçirdiyi hücumda “Hizbullah” hərəkatının komandiri Heysəm Əli Təbətəbai və təşkilatın daha 4 üzvü Beyrutda öldürülüb, 28 nəfər yaralanıb.

Избранный
11
1
teleqraf.com

2Источники