RU

Könül Vəlibəylinin qızının son durumu

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti məlum olub.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.

Bildirilib ki, 2000-ci il təvəllüdlü (qadın) Yeni Klinikanın Reanimasiya şöbəsinə təxliyə edilib:

"Hazırda pasiyentin vəziyyəti kritik ağır olaraq qalır və süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır".

Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 20-dən çox şəxs isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Mina Mikayılova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
2
news.milli.az

3Источники