Sitat.info saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Pirallahı Rayon İcra Hakimiyətinin başçısı Vasif İmanovun aparatda çalışanları mütəmadi müxtəlif fənnlərdən test imtahanına cəlb etməsi və zəif nəticə göstərənləri işdən çıxarmaqla təhdid etməsi işçilərin narazılığına səbəb olub.
Bu barədə Sitat.info-ya anonim müraciət edən icra hakimiyyəti işçiləri başçının onlara bu məsələ ilə bağlı təzyiq göstərdiyini, orta məktəb şagirdi kimi dərs oxumaqdan bezdiklərini deyiblər.
Şöbə müdirləri də daxil olmaqla 45 nəfər işçini tarix, informatika və məntiq fənnlərindən imtahana cəlb edən Vasif İmanov bunun DİM-in tələbi olduğunu bildirir.
Onun icra hakimiyyəti işçilərinə dediklərindən belə aydın olur ki, hər bir əməkdaşın nəticəsi DİM-ə göndərilir və nəticəsi zəif olanların əmək müqaviləsinə xitam veriləcək.
Maraqlıdır ki, DİM-in adından imtahanı icra başçısı özü keçirir və bir təzyiq vasitəsi kimi istifadə edir.
Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsi ilə əlaqə saxladıq.
Qurumdan "Sitat.info"ya bildirildi ki, bu imtahanlar dövlət qulluqçularının bilik səviyyəsinin yoxlanılması ilə bağlıdır.
Məğrur,
Sitat.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.