Bakı. Trend:
Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması prosesindəirəliləyiş mümkündür.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz“Truth Social” sosial şəbəkəsində yazıb.
“Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında böyükirəliləyiş həqiqətən mümkündürmü? Özünüz bunu görməyənə qədərinanmayın, bununla belə, bəlkə də, nəsə yaxşı bir şey baş verir”,-Tramp yazıb.
Qeyd edək ki, noyabrda 23-də Cenevrədə ABŞ, Avropa və Ukraynanümayəndələrinin iştirakı ilə Ukrayna üçün sülh planınınmüzakirəsinə dair danışıqlar başa çatıb. Görüşün yekununda ABŞdövlət katibi Marko Rubio bildirib ki, sənədin hazırkı versiyasınınçox məhsuldar olduğunu bildirib.