RU

Şuşada Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci forumu keçirilib - FOTO

Şuşa şəhərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu öz işini yekunlaşdırıb. Tədbirdə hər iki ölkədən aparıcı analitik qurumların rəhbərləri, ekspertlər və tədqiqatçılar iştirak ediblər.

Aznews.az xəbər verir ki, Forumun açılışı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safinin nitqləri ilə olub.

Çıxışlarda Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Natiqlər beyin mərkəzləri arasında əməkdaşlığın iki ölkənin xarici siyasətinə analitik dəstəyin artırılmasına xidmət etdiyini bildiriblər.

Forum çərçivəsində üç panel sessiya keçirilib.

Birinci paneldə Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər, Qafqaz regionunda dəyişən təhlükəsizlik arxitekturası və iki ölkənin diplomatik koordinasiya imkanları müzakirə olunub.

İkinci paneldə Türk Dövlətləri Təşkilatında (TDT) inteqrasiyanın gələcək perspektivləri, iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsi, eləcə də vahid analitik yanaşmaların formalaşdırılması məsələləri diqqət mərkəzində olub.

Избранный
16
11
aznews.az

10Источники