RU

Pakistanda terror: 3 ölü

Pakistanın Peşəvər şəhərində bazar ertəsi günü silahlı şəxslər Sərhəd Mühafizə Xidmətinə məxsus qərargaha hücum ediblər.

"Cebheinfo.az" xəbər verir ki, hücum zamanı azı üç nəfərin həlak olduğu bildirilib. 

Hücumçu, qərargahın girişindəki təhlükəsizlik əməkdaşını vurduqdan sonra içəri daxil olub.Daha sonra qərargah iki intiharçı terrorçunun hədəfinə çevrilib və əsas girişdə güclü partlayış baş verib.

Mənbələrin verdiyi məlumata görə, ilk intiharçı özünü qərargahın əsas qapısında partladıb, ikinci intiharçı isə əraziyə daxil olaraq hücumu davam etdirib.

“Ordu və polis daxil olmaqla hüquq-mühafizə orqanları ərazini mühasirəyə alıb və vəziyyəti diqqətlə idarə edirlər. Qərargahın içində bəzi terrorçuların ola biləcəyindən şübhələnirik”, - deyə pakistanlı təhlükəsizlik əməkdaşı bildirib.

Qərargahın sıx məskunlaşmış bir ərazidə və hərbi qarnizona yaxın bir yerdə yerləşdiyi qeyd olunub.Qərargaha gedən yolun nəqliyyata bağlandığı və ordunun polis qüvvələri ilə birlikdə təhlükəsizlik çəpəri yaratdığı bildirilib.

Hücumdan qısa müddət sonra sosial mediada partlayış səslərinin eşidildiyi və Pakistan əsgərlərinin qərargah binasını mühasirəyə aldığı videolar yayılıb.

Избранный
24
cebheinfo.az

1Источники