RU

Balakəndə dən qarğıdalı istehsalı artıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Balakən, 24 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında əsas yerlərdən birini tutur. Bu il rayonun fermerləri 7938,4 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi əvvəlki illə müqayisədə 995,7 hektar artırılıb. Bundan əlavə, təsərrüfatçılar builki mövsümdə 128 hektar sahədə dən üçün təkrar qarğıdalı da əkiblər.

Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təsərrüfatlarda qarğıdalı yığımı artıq başa çatıb. Cari mövsümdə rayonda 53 min 790 ton dən üçün qarğıdalı istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 9 min 262 ton artıb. Hər hektardan orta məhsuldarlıq 67,8 sentner təşkil edib. Torpaq mülkiyyətçiləri bu il təkrar əkin aparılmış sahələrdən isə 833 ton dən qarğıdalı əldə ediblər. Hər hektardan 65 sentner məhsul götürülüb.

Xatırladaq ki, balakənli fermerlər ötənilki mövsümdə 6942,7 hektar sahədən 44 min 527,9 ton dən qarğıdalı tədarük ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
51
1
azertag.az

2Источники