RU

Hibrid və ideoloji təhdidlər – Ekspertlər “Baku Network” platformasında (FOTO/VİDEO)

Bakı. Trend:

“Bakı Şəbəkəsi” (“Baku Network”) Təhlil və Araşdırmalar İctimaiBirliyinin təşkilatçılığı ilə növbəti dəyirmi masa keçirilib.Azernews.az onlayn qəzetinin baş redaktor müavini ElnurƏnvəroğlunun moderatorluğu ilə baş tutan dəyirmi masada hibrid vəideoloji müharibələr, xaricdən gələn zərərli təsirlər və təhdidlər,saxta xəbərlər, süni intelekt vasitəsilə həyata keçirilən savaşlarmüazakirə edilib. E.Ənvəroğlu bildirib ki, bu gün top-tüfəngsizmüharibəyə qədəm qoymuşuq: Bu, informasiya müharibəsidir. Hazırdaböyük dövlətlər informasiyanı kiçik dövlətlərə qarşı silah kimiistifadə edir.

Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələrkomissiyasının sədri, əməkdar jurnalist Müşfiq Ələsgərli qeyd edibki, informasiya müharibəsini daha sərt, qəddar formada aparmaq üçünyeni mexanzimlər ortaya çıxıb: Bundan öncə ənənəvi media iləinformasiya müharibəsi aparılırdısa, bu gün onları rəqəmsalplatformalar əvəz edib. Həmin rəqəmsal platformalar imkan verir ki,dezinformasiyalar hər bir evə çatsın. Ümumiyyətlə dünyada istehsalolunan informasiyaların 80%-i saxta informasiyalardan ibarət olur.Yanlış xəbərlərin 66%-i sosial şəbəkələr üzərindən yayılır.

Siyasi ekspert Murad Sadəddinov isə deyib ki, bütün dövrlərin özinformasiya aləti olub: Ötən dövrdə bu vərəq-kağız idi. Hazırda isəhər birimizin əlində olan telefonlardır. Telefonlarımız qısamüddətdə böyük kütləni ələ əla bilir. Süni itellektlə bağlı bugünAzərbaycana qarşı böyük təbliğat kompaniyaları aparılır. Biz həminmateriallara baxdığımız zaman onun süni itellekt məhsulu olduğunuanlaya bilirik. Deməli digərlərinin də bundan agah olmasınaçalışmalıyıq, bununla bağlı bir mexanizm hazırlanmalıdır.

Daha sonra “Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimaiBirliyinin rəhbəri Elçin Alıoğlu çıxış edib: İnformasiyamüharibəsində İsrailin təcrübəsindən yararlana bilərik.

İsraildə xüsusi proqram var ki, ölkə əleyhində yayılan yanlışinformasiyaları dərhal tapır və dövlətin mənafelərinə zidd xəbərkimi qeydə alır. İsraildə bəzi hallarda wifi kəsilir və xüsusiproqramla gps vasitəsilə 100-200 hətta 1 kilometr məsafəyəxəbərləşmə təmin edilir. Əsas məsələ gps-dir. Buna görə Çinlilər vəruslar yeni gsp-siz proqramlar yaradıblar. Maksimum 5 ildən sonratelekanallar da qəzet kimi köhnə media sayılacaq. Hazırda qərbmediası faktdan emosional jurnalistikaya keçid edib. Trend BİA-nındirektor müavini, siyasi şərhçi Sahil Kərimli isə vurğulayıb ki,cəmiyyətin doğru informasiya ilə təmin olunmasında həm yerlitelekanalların, həm yerli media qurumlarının, hətta qəzetlərinböyük rolu var: Azərbaycana qarşı aparılan informasiya savaşı illəröncə daha çox qərəzli mövqe və qaralama ilə seçilirdi. Zamankeçdikcə həmin dairələr gördülər ki, Azərbaycana qarşı bu təzyiqişləmir. Bundan sonra həmin dairələr hibrid savaşa keçdilər. Hibridsavaş süni intellekt vasitəsilə həyata keçirilir və təhlükəlitendensiyadır. Amma inanmıram ki, Azərbaycan əhalisinin əksəriyyətisüni intellektlə hazırlanan saxta görüntü və xəbərləri doğrubilsinlər. Gələcəkdə də süni intellekt vasitəsilə Azərbaycana qarşıhər hansı təhlükəli nələrsə hazırlanacaqsa, cəmiyyət buna hazırolmalıdır.

Hibrid
Hibrid
Hibrid
Hibrid
Hibrid
Hibrid
Hibrid
Hibrid
Hibrid
Hibrid
Hibrid
Hibrid
Hibrid
Избранный
69
4
az.trend.az

5Источники