RU

Azərbaycan və Ermənistan arasında qarşılıqlı səfərlər davam edəcək

BAKI, 24 noyabr. TELEQRAF

“İstər Ermənistan, istərsə də Azərbaycanda müvafiq qurumlar təhlükəsizliyin təmin edilməsinə cəlb olunub”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri və təhlükəsizliklə bağlı məsələlərə toxunan “Təhlükəsizlik Siyasətinin Araşdırılması Mərkəzi” QHT-nin prezidenti Areq Koçinyan deyib.

QHT rəhbəri qeyd edib ki, azərbaycanlı həmkarları İrəvanda olarkən özlərini təhlükəsiz hiss ediblər, eyni şeyi Bakıda olarkən onlar da görüblər.

“Qarşılıqlı səfərlər davam edəcək”, - Koçinyan vurğulayıb.

Erməni ekspertləri noyabrın 22-də prezidentin köməkçisi Hikmət Hacıyev qəbul edib. Müzakirə zamanı avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra Ermənistan və Azərbaycanın addımları müzakirə olunub. Hacıyev nümayəndələrin suallarını cavablandırıb.

Xatırladaq ki, noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. Bu səfər 21-22 oktyabr tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilib.

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.

Избранный
99
1
teleqraf.com

2Источники