RU

Makron Fransada könüllü hərbi xidmət tətbiq etməyə hazırlaşır - KİV

Fransa Prezidenti Emmanuel Makron ölkəsində könüllü hərbi xidmətin tətbiqini elan etməyə hazırlaşır.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Makronun yeni qanunu noyabrın 27-də elan etməsi gözlənilir.

"Bizim yaşadığımız dünyada - qeyri-müəyyənliklərlə və artan gərginliklə dolu bir mühitdə - əgər doğrudan da təhlükəsiz olmaq istəyiriksə, başqalarını da müdaxilədən çəkindirməliyik... Fransa güclü orduya malik dövlət olaraq qalmalıdır, həmçinin birgə fəaliyyət göstərmək qabiliyyətinə də sahib olmalıdır", - deyə Makron CAR-da keçirilən G20 sammitində bildirmişdi. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
29
1
olaylar.az

2Источники