RU

5 nəfər hospitalizasiya edildi

Xəbər verdiyimiz kimi, Bakıda obyektdə partlayış olub.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 5 nəfərə yerində ilkin tibbi yardım göstərilib: “24.11.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
14
13
metbuat.az

10Источники