ŞUŞA, 24 noyabr. TELEQRAF
Uzun illər bir millət iki dövlət fikri ilə yaşadıq. Artıq bir millət 3 dövlət - Azərbaycan Türkiyə Pakistan birliyi yolunda addımlayırıq.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Şuşada təşkil edilən forumda çıxış edən SETA proqram direktoru Muhittin Ataman söyləyib.
Onun sözlərinə görə, 2024-cü ildə başlayan bu birlik yaxın gələcəkdə daha da möhkəmlənəcək vədigər türk dövlətlərini də ətrafında birləşdirəcək.