MLS-də keçirilən 1/4 final qarşılaşmasında "İnter Mayami"nin səfərdə "Sinsinati"yə 4 cavabsız qolla qalib gəldiyi barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, Florida klubunun kapitanı Lionel Messi görüşün əsas qəhrəmanlarından biri olub. O, bir qol vurub və üç mərhuldar verib.
Bu görüşdən sonra Messinin "qol+assist" sistemi üzrə ümumi göstəricisi 1300-ə (896 qol və 404 ötürmə) çatıb. Leo futbol tarixində bunu bacaran ilk oyunçu olub.
Argentinalı hücumçu bu rəqəmə "Əl-Nəsr"in kapitanı və əzəli rəqibi Kriştiano Ronaldodan daha tez çatıb. Messinin aktivində 1135 oyun var, Ronaldo isə 1213 xala 1298 matçda nail olub.