RU

Yanğında ölən Könülün qızından xəbər var

Yasamalda yaşayış binasında baş verən yanğında həyatını itirən Bakı Milli Tikiş Evininn rəhbəri Könül Vəlibəylinin qızının da vəziyyəti ağırdır.

Tribuna xəbər verir ki, bu barədə jurnalist və ailənin yaxını Fuad Cəfərov məlumat paylaşıb. O bildirib ki, hazırda xəstəxsnada olan tüstüdən zəhərlənin Ləman Qulamovanln durumu çox ağırdır:

“Dəyərlimiz Könül Vəlibəylinin övladı Ləman Qulamovanın vəziyyəti çox ağırdır və hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Dualarınızı əsirgəməyin”.

Qeyd edək ki, Yasamal rayonunda yaşayış binasının altında fəaliyyət göstərən restoranda baş verən yanğın zamanı bina yarasız hala düşüb, yanğın və zəhərli tüstü səbəbindən 3 bina sakini dünyasını itirib. 20-yə yaxın sakin isə tüstüdən zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib.

Gülşən Rəsul

Избранный
115
tribunainfo.az

1Источники