Musavat.com xəbər verir ki, bu barədə o özünə məxsus Truth Social hesabında paylaşım edib. Tramp hər iki telekanalı Demokrat Partiyasının virtual silahları adlandırıb: "Xüsusilə ABC və NBC Demokrat Partiyasının fəlakət, virtual silahlarıdır. Onlar radikal solçuları dəstəkləmək üçün qanunsuz bir kampaniya kimi qəbul edilməlidir". Amerika lideri həmçinin saxta xəbərlərin azaldılmasına çağırıb.
25 avqustda Tramp ABC və NBC-nin yayım lisenziyalarının ləğv edilməsini dəstəkləyəcəyini bildirib, çünki onlar onu tənqid edir və Demokrat Partiyasının maraqlarını təbliğ edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31