RU

3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru tutuldu

3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru tutuldu

Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı yeni məlumat açıqlanıb.

AFN.az “Report”a istinadən xəbər verir ki, binanın zirzəmi və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “Loft Dent” klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu cinayət məsuliyyətinə cəlb edilib.

O, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Faktı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib və bildirilib ki, yəqin ki, əlavə məlumat veriləcək.

Qeyd edilib ki, yanğın zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər.

Bundan əlavə, 20-dən çox şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Избранный
26
25
afn.az

10Источники