RU

3 nəfərin öldüyü yanğından sonrakı – Görüntülər

Ötən gün Yasamaldakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı sosial şəbəkələrdə yeni görüntülər yayılıb.

Tribuna xəbər verir ki, kadrlarda yanğının baş verdiyi yer kimi iddia olunan “Loft Dent” stomatoloji klinikasının yanğından sonrakı vəziyyəti əks olunub.

Görüntülərdə klinikanın bir neçə otağının yandığı, avadanlıqların isə istifadəyə yararsız hala düşdüyü görünür.

Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər həlak olmuş, 20-dən çox sakin isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.

Həmin görüntüləri təqdim edirik:

Избранный
21
8
tribunainfo.az

10Источники