RU

Rubio ABŞ-ın planını Ukrayna üzrə danışıqlar üçün “möhkəm əsas” adlandırıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ-ın Dövlət katibi Marko Rubio Vaşinqtonun təklif etdiyi planı Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar üçün “möhkəm əsas” adlandırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rubio X sosial şəbəkəsində yazıb: “Sülh təklifi ABŞ tərəfindən hazırlanıb. O, davam edən danışıqlar üçün möhkəm əsas kimi təqdim olunub”.

“Reuters”in Dövlət Departamentinin sözçüsünə istinadla yaydığı məlumata görə, Rubio şənbə günü Vaşinqtondan Cenevrəyə yola düşüb. Burada Vaşinqtonun təklif etdiyi nizamlanma planı üzrə aparıcı Aİ ölkələri, həmçinin ABŞ və Ukrayna nümayəndələri ilə danışıqlar noyabrın 23-nə planlaşdırılıb.

Избранный
30
9
turkic.world

10Источники