RU

Ukrayna pilotsuzları Moskvanı da vuruldu

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

Moskva vilayətində yerləşən Şatura İstilik Elektrik Stansiyası (Şatura GRES) Ukrayna pilotsuz uçuş aparatlarının gecə hücumuna məruz qalıb.Turkustan.az xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, stansiya ərazisində ardıcıl beşə qədər güclü partlayış eşidilib. Zərbələrdən sonra GRES-in ərazisindəki yağla doldurulmuş güc transformatorları alışaraq yanmağa başlayıb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Stansiyada zədələnmənin hansı miqyasda olduğu barədə rəsmi məlumat açıqlanmasa da, hücum regionun enerji infrastrukturuna ciddi zərbə kimi dəyərləndirilir.

Dron təhlükəsinin davam etməsi fonunda Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) Moskvanın hava limanlarının işini müvəqqəti dayandırıb. Reislərin bir hissəsi gecikdirilib, bəziləri isə alternativ hava limanlarına yönləndirilib.

Şatura GRES Leninin adını daşıyan və regionun ən köhnə enerji obyektlərindən biri sayılan stansiyadır. Onun gücü 1500 MVt təşkil edir və Moskva vilayətinin enerji təchizatında mühüm rol oynayır. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
2
icma.az

3Источники