Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Binada yaşayan 60 ailə təhlükəsiz yerə təxliyə olunub, hadisənin səbəbləri araşdırlır
Bu barədə “Unikal”a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev deyib. M. Quliyev qeyd edib ki, Goranboy şəhərində yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsində mənzilin döşəməsinin çökməsi nəticəsində 3 nəfər xəsarət alıb və həmin şəxslər xəstəxanaya yerləşdirilib. İcra başçısı qeyd edib ki, hadisənin səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.
XXX
09:38
Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində döşəmənin çökməsi hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Goranboy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov bildirib ki, baş verən insidentdən sonra zəruri təhlükəsizlik tədbirləri görülüb, bina sakinləri təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.