Yasamaldakı DƏHŞƏTLİ yanğından son görüntülər - VİDEO
Ajans.azxəbər verir ki, kadrlarda yanğının baş verdiyi yer kimi göstərilən “Loft Dent” stomatoloji klinikasının yanğından sonrakı vəziyyəti əks olunub. Görüntülərdə klinikanın bir neçə otağının yandığı, avadanlıqların isə istifadəyə yararsız hala düşdüyü görünür. Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər həlak olmuş, 20-dən çox sakin isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi. Həmin görüntüləri təqdim edirik: