RU

Nigeriyada katolik məktəbindən 300-dən çox şagird və müəllim qaçırılıb

Bakı. Trend:

Afrikanın ən çox əhalisi olan ölkəsi Nigeriyada silahlılar birkatolik məktəbinə basqın edərək 300-dən çox şagird və müəllimioğurlayıb. Bu, ölkədə bir həftə ərzində baş verən ikinci kütləviqaçırma hadisəsidir.

Trend xəbər verirki, Nigeriya Xristianları Birliyinin açıqlamasına əsasən,ümumilikdə 303 şagird və 12 müəllim Saint Mary katolik məktəbindənqaçırılıb. Məlumata görə, oğurlananlar arasında qız şagirdlər dəvar.

Nigeriya polisi itkin düşənlərin tapılması üçün əməliyyatlarabaşlayıb, yaxınlıqdakı meşə massivləri axtarılır. Hadisədən sonraNigeriya Prezidenti beynəlxalq səfərlərini ləğv edərəktəhlükəsizlik qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.

Bir neçə gün əvvəl ölkənin şimal-qərbindəki Maqa vilayətindəinternat məktəbinə silahlı hücum zamanı 25 məktəbli qızınoğurlandığı bildirilmişdi.

Bu hadisələr ABŞ Prezidenti Donald Trampın xristianlara qarşızorakılıqlara cavab olaraq Nigeriyanı hərbi müdaxilə ilə hədələdiyibir dövrə təsadüf edir. Qeyd olunur ki, bu, son 11 ildə ənirimiqyaslı məktəbli qaçırılması hadisəsidir. Son böyük hücum2014-cü ildə Boko Haram terror qruplaşmasının Borno vilayətindəkiməktəbə hücumu zamanı qeydə alınmış, həmin vaxt 276 şagirdoğurlanmışdı.

Избранный
66
az.trend.az

1Источники