RU

Qarabağ Sumqayıt oyununda mövsümün rekordu: 10 minə yaxın azarkeş

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının XII turu tamaşaçı sayında mövsümünün rekordu ilə əlamətdar olub. Sport24.az-ın məlumatına görə, bu, "Sumqayıt" - "Qarabağ" matçında baş tutub.Mehdi Hüseynzadə adın Sumqayıt şəhər stadionundakı oyunu 9100 azarkeş tribunadan izləyib. Bu, mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.Bunadək rekord X turda qeydə alınmışdı. Tovuz şəhər stadionunda keçirilən "Turan Tovuz" – "Şamaxı" qarşılaşmasında 5800 izləyici olub.Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"ı 4:2 hesabı ilə üstələyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
sport24.az

1Источники