Avstraliyada nəhəng "qiyamət balığı" sahilə çıxıb.
Publika.az xəbər verir ki, Avstraliyanın Tasmaniya əyalətinin sahilində yerli sakin fəlakət xəbərçisi hesab edilən nadir balıq növü aşkar edib.
"Qiyamət balığı" kimi də tanınan balıq üç metr uzunluğunda olub.
"The Guardian" qəzetinin yaydığı məlumata görə, bu, indiyə qədər sahilə çıxmış ən böyük "Qiyamət balığı"dır.
"Bu, çox qeyri-adi bir balıqdır. Onlar yalnız xəstələndikdə və ya öldükdə sahilə çıxırlar", - deyə Makkuori Universitetinin balıq mütəxəssisi, professor Kulum Braun bildirib.