Xəbər verdiyimiz kimi, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər ölüb.
Ölən şəxslərdən 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı (Könül Vəlibəyli) Bakı Milli Geyim Evinin rəhbəridir.
Yaxınları APA-ya deyib ki, Könül Hümbətovanın qızı Ləman da kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Tarix: 22 Noyabr 2025, 07:31