RU

KİV: ABŞ nümayəndələri Moskva səfərinə hazırlaşır

BAKI, 22 noyabr. TELEQRAF

ABŞ-nin bir qrup yüksək rütbəli generalları gələn həftənin sonunda Moskvanı ziyarət edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Guardian" yazır.

Mənbələrin məlumatına görə, onların səfərinin məqsədi Vaşinqtonun Ukrayna üzrə hazırladığı sülh planının müzakirəsidir.

Xatırladaq ki, 20 noyabrda ABŞ quru qoşunları naziri Daniel Driskollun rəhbərlik etdiyi amerikalı nümayəndə heyəti Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ prezidenti Donald Trampın münaqişənin həlli ilə bağlı planını təqdim etmişdi.

Rusiya prezidenti Vladimir Putin isə Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Moskva danışıqlara hazırdır və Vaşinqtonun təqdim etdiyi 28 bəndlik sülh planı Ukrayna üzrə razılaşmanın əsasını təşkil edə bilər. Bununla belə, o qeyd edib ki, Kiyev danışıqlardan imtina etdiyi halda, cəbhədəki mövcud dinamika Rusiyanın xüsusi hərbi əməliyyat üzrə hədəflərinə hərbi yolla nail olmağa imkan verir.

Избранный
37
teleqraf.com

1Источники