RU

Yasamaldakı yanğında dünyasını dəyişənlərdən biri Milli Geyim Evinin rəhbəri olub

Bakı. Trend:

Bakı şəhəri Yasamal rayonundakı çoxmərtəbəli yaşayış binasındabaş verən yanğın nəticəsində 3 nəfərin həlak olub.

Trend-inməlumatına görə, həyatını itirənlərdən biri – 1977-ci il təvəllüdlüHümbətova Könül Vəlibəy qızı (Könül Vəlibəyli) Bakı Milli GeyimEvinin rəhbəri olub.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi YardımMərkəzindən bildirilib ki, yanğınla bağlı çağırış ünvanına 18təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbixidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki TibbiMərkəzə hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər (5nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiyaolunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davametdirilir. 3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb", -deyə qeyd olunub.

Избранный
104
az.trend.az

1Источники