Belarus prezidenti Aleksandr Lukaşenko dünən SankPetrburqda keçirilən Aİİ sammitində Fransanın Cənubi Qafqazdakı fəaliyyətini sərt tənqid edib...Poliqon xəbər verir ki, Belarus prezidenti bu barədə jurnalistlərlə təmasda olarkən danışıb.“Fransa Qafqazda nəsə etməyə çalışır. Amma baxırsan ki, Fransada həmişə nələrsə baş verir və heç də hər şey qaydaslnda deyil. Ona görə də gərək Fransa höküməti əvvəl öz evlərində problemləri həll etsin, sonra Qafqaza müdaxilə etsinlər.Lukaşenki bildirib ki, Fransanın yersiz müdaxiləsini ermənilər əd görürlər.“Onlar bunu özləri başa düşə bilmirlər. Amma ermənilər bu müdaxiləni görür”, deyə Lukaşenko vurğulayıb.Belarus prezident onu da qeyd edib ki, Ermənistan hər bir halda onlarla birlikdə olmaqda davam edəcək:“İctimaiyyət qarşısında baş verənlər bir şeydir. Amma reklamdan kənar baş verənlər tamam başqadır. Əsas proseslər orada baş verir. Həmin proseslərə görə Ermənistan mütləq bizimlə olacaq. Çünki bu, onların inkişafının ən vacib istiqamətidir”, deyə Lukaşenko əlavə edib.Poliqon.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта