Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
***20:56
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam edir.
Bizim.Media xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən bina sakinləri təxliyə edilir.
Yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri iştirak edir.


Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта