RU

Almaniyanın xarici işlər naziri: Son qərarı Ukrayna verəcək

BAKI, 21 noyabr. TELEQRAF

Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladığı 28 maddəlik sənədə münasibət bildirib.

Teleqrad xəbər verir ki, Yohan Vadeful ABŞ-nin hər iki tərəfi danışıqlar masasına gətirmək səylərini alqışladığını bildirib.

Y.Vadeful qeyd edib ki, Ukraynanın bu maddələr üzərində güclü danışıqlar mövqeyinə sahib olmasını istəyirlər:

“Sülh planı ilə bağlı qərarı Ukrayna və Rusiya verəcək. Biz burada hakim deyilik, lakin Ukraynanın vəkiliyik. Çünki Ukrayna həm öz azadlığını, həm də Avropanın azadlığını müdafiə edir".

O əlavə edib ki, Almaniyanın mövqeyi bu məsələdə Avropanın mövqeyi ilə üst-üstə düşür və onlar Ukraynanı dəstəkləməyə davam edirlər.

Избранный
60
teleqraf.com

1Источники