RU

Zelenski: Hələ də 22 nəfərin cəsədini tapa bilməmişik

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

"Rusiyanın Ternopol şəhərinə zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski dünən Rusiya ordusunun bombardman etdiyi Ternopol şəhərindəki son vəziyyətlə bağlı açıqlamasında bildirib.

Zelenski qeyd edib ki, hələ də dağıntılar altında 22 nəfərin meyiti qalıb və onları tapa və çıxara bilməyiblər: "Axtarış-xilasetmə işləri davam edir"

Prezident ölənlərin arasında 3 uşağın olduğunu da sözlərinə əlavə edb.

Xatırladaq ki, Rusiya dünən bu şəhərə ballistik və kruiz raketləri də daxil olmaqla müxtəlif tipli 48 raket, 470-dən çox kamikadze dronla zərbə endirib.

Firudun Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
mia.az

1Источники