İngiltərənin “Çelsi” klubunun futbolçusu Koul Palmer yenidən zədələnib.
Azreform.info xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi evdə ayaq barmağını sındırıb. London təmsilçisinin baş məşqçisi Enzo Mareskanın sözlərinə görə, futbolçu 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
O, Premyer Liqada “Börnli” və “Arsenal”, Çempionlar Liqasında isə “Barselona”ya qarşı görüşləri buraxacaq.
İngiltərə millisinin üzvü qasıq nahiyəsində olan zədəsini bu yaxınlarda sağaltmışdı.