RU

Nazirliyə qarşı qara piarı kim idarə edir? – Jurnalistdən səs-küylü iddia

“Son günlər Mədəniyyət Nazirliyinə qarşı məqsədli qaralama kampaniyasının başladığı görünür. Bir sıra sənət adamları və mədəniyyət nümayəndələri bir şəxslə bağlı yaranmış situasiya fonunda nazirliyə qarşı ağır ittihamlar səsləndirirlər. Sənət adamlarının birdən-birə ölkənin ən önəmli qurumlarından birinə qarşı kəskin açıqlamalar verməsi diqqət çəkir”.

NOCOMMENT.az bildirir ki, bu fikirləri tanınmış jurnalist Əli Vəliyev sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, sözügedən prosesin arxasında nəğməkar şair, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd dayanır.

O həmçinin qeyd edib ki, onun qızı Almaxanım Əhmədli ilə Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva arasında yaranmış şəxsi ziddiyyət genişləndirilərək ictimai müstəviyə çıxarıb.

“Vüqar Əhmədin sözlərinə mahnı ifa edən çox sayda müğənni olduğu üçün onun çağırışlarına qoşulmaq bir çox sənət nümayəndələri üçün çətin olmayıb. Beləliklə, müxtəlif sənət adamları Vüqar Əhməd və qızının təşəbbüsü ilə Mədəniyyət Nazirliyinə qarşı əsassız ittihamlar səsləndirməyə başlayıblar. Vüqar Əhmədin bu qrupa “ağsaqqallıq” etdiyi ilə bağlı təkzibedilməz səs yazısı da var” – deyə vurğulayıb.

Избранный
94
nocomment.az

1Источники