RU

ABŞ-nin ikiqat təzyiq strategiyası Avropanı hərəkətə gətirdi

Bəzi avropalılar hesab edirlər ki, ABŞ-ın sülh təklifi həm Ukraynaya, həm də Rusiyaya təzyiq strategiyasının bir hissəsidir.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Alman rəsmilərindən birinin sayta verdiyi məlumata əsasən, Almaniya kansleri Fridrix Merts Ukrayna üçün sülh təklifinin düzgün istiqamətdə qalmasını təmin edəcək vahid Avropa cavabının koordinasiyası üzərində “çox intensiv şəkildə” çalışır. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın yeni planı “onun klassik strategiyasının növbəti nümunəsidir: eyni anda hər kəsə təzyiq göstərmək!

Almaniya nümayəndəsi qeyd edib ki, ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı sanksiyaları tezliklə qüvvəyə minəcək və Tramp Senatın Moskva əleyhinə daha sərt tədbirlərə yol açan yeni qanun layihəsini dəstəklədiyini açıq şəkildə göstərib.

“Son günlər Ukraynada ABŞ-ın hərbi məsləhətləşmələrinin artdığını da müşahidə edirik. Deməli, bu, ABŞ-ın klassik ikiqat strategiyasıdır - bütün tərəflərə təzyiq göstərməyə yönəlib. İndi Avropa öz səylərini koordinasiya etməklə təsirini artırmalıdır”, - deyə rəsmi əlavə edib.

Musavat.com

Избранный
84
musavat.com

1Источники