RU

Qukasyan işi böyüyür

Gümrü şəhərinin meri Vardan Qukasyana yeni ittiham irəli sürülüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, buna səbəb onun son vaxtlar keçirilən məhkəmə iclaslarından birindən sonra verdiyi açıqlamalar olub.

İstintaq Komitəsi bildirir ki, iki nəfərə qarşı aparılan ilkin istintaq çərçivəsində “xuliqanlıq” maddəsi üzrə cinayət işi başlanıb. Bu şəxslərdən biri Vardan Qukasyanın oğlu Spartak Qukasyandır: ona da məhkəmədə söylədiyi eyni ifadələrə görə “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət təqdim edilib.

Qeyd edək ki, atası ilə bağlı son məhkəmə iclasından sonra Spartak Qukasyan məhkəmə hakimlərinə nalayiq təhqirlər səsləndirib.

Xatırladaq ki, Vardan Qukasyana rüşvət alma ittihamı, eləcə də hakimiyyət nümayəndələrinə ünvanladığı bəzi açıqlamalara görə artıq ittiham irəli sürülmüşdü. Son günlər Antikorrupsiya Məhkəməsində verdiyi ifadələrə görə ona üçüncü ittiham da əlavə edilib.

Musavat.com

Избранный
23
musavat.com

1Источники