RU

Tokayev: Qazaxıstan TRIPP-i dəstəkləyir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsində iştirakda maraqlı olduğunu açıqlayıb.

“Yeni Sabah”in armenpress-ə istinadla xəbər verir ki, o, Astanada Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib:

"Biz ticarət dövriyyəsinin və malların çeşidinin genişləndirilməsi üzrə tədbirlər haqqında razılığa gəldik. Təkcə ötən il Qazaxıstanın Ermənistana ixracı 350 milyon dolları ötüb.

Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyət regional əməkdaşlığın gücləndirilməsi üçün imkanlar yaradır. Qazaxıstan Ermənistanın "Sülh kəsişməsi" təşəbbüsünü dəstəkləyir. Biz TRIPP layihəsində iştirakda maraqlı olduğumuzu vurğulayırıq. “Şimal-Cənub” və “Orta Dəhliz” kimi təşəbbüslər hər iki ölkənin maraqlarına uyğundur”.


Telegram kanalımız
Избранный
28
1
yenisabah.az

2Источники