RU

Tokayev: “Tramp yolu” layihəsində biz də iştirak etmək istəyirik

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin “Tramp yolu” layihəsində iştirak etməkdə maraqlı olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Astanada Ermənistan Baş naziri Nikol Paşinyanla danışıqlardan sonra mətbuata çıxışında bildirib.

“Cənubi Qafqazda yeni geosiyasi vəziyyət regional əməkdaşlığı gücləndirmək üçün imkan yaradır. Qazaxıstan Ermənistanın “Sülh qovşağı” təşəbbüsünü dəstəkləyir”, - Tokayev bildirib.

Qazaxıstan Prezidenti ölkəsinin “Tramp yolu” beynəlxalq layihəsində də iştirak etməkdə maraqlı olduğunu qeyd edib:

“Bu layihədə iştirak etməkdə maraqlı olduğumuzu bəyan edirik. Şimal-Cənub və Orta Dəhliz kimi təşəbbüslər hər iki ölkənin maraqlarına uyğundur”.

Избранный
19
teleqraf.com

1Источники