RU

Xadimə qadın evdən 50 min oğurladı

Badamdarda çalışdığı evdən 50 min manat dəyərində oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, evdə xadimə kimi çalışan 50 yaşlı M.Abdullayeva şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalarla onun qızıl-zinət əşyalarını ayrı-ayrı vaxtlarda hissə-hissə evdən oğurladığı müəyyən olunub.

Digər əməlyyat zamanı isə 2 vətəndaşın ümumilikdə 2470 manat nağd pul və bank kartlarını oğurlamaqda şübhəli bilinən 21 yaşlı N.İsmayılova da tutulub.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Избранный
9
3
yenisabah.az

10Источники