RU

Yuxu çatışmazlığı artıq çəkiyə səbəb ola bilər Həkimdən XƏBƏRDARLIQ

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Braziliyalı həkim Pedro Andrade bildirib ki, kifayət qədər yatmamaq çəki artımına səbəb olan əsas, lakin çox zaman nəzərə alınmayan amillərdəndir.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Terra" nəşrinə danışıb.

Andradenin sözlərinə görə, yuxu çatışmazlığı zamanı beynin qərarverməyə cavabdeh olan prefrontal qabığında dopamin aktivliyi azalır. Bu isə gün ərzində sağlam qida seçmək qabiliyyətini zəiflədir və nəticədə çəki artımına gətirib çıxarır.

Həkim vurğulayıb ki, düzgün yuxu rejimi həm maddələr mübadiləsinin, həm də qida davranışının tənzimlənməsində mühüm rol oynayır.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
1
redaktor.az

2Источники